Türkiyənin ATV kanalında yayımlanan “Kim milyoner olmak ister?” yarışmasında ilk dəfə 5 milyon lirə (265 min 600 manat) qazanılıb.
OLAY yazır ki, iştirakçı Berk Göktaş sualı doğru cavablandırıb və məbləği qazanıb.
Qeyd edək ki, bu mükafat verilişin tarixində ilk dəfə qazanılsa da, 5 milyonluq sual ikinci dəfə səslənib.
Sözügedən sualı təqdim edirik:
“Baxara surəsində onlara bildirçin əti və halva verilməsinə baxmayaraq, İsrailoğullarının “Biz bir çeşid yeməyə dözə bilmərik” deyə isyan edib Həzrəti Musaya “Allahına dua et də versin” deyərək istədikləri arasında hansı yoxdur”