Fotosessiya
Fotosessiya

Merih 1 milyon, Edis 400 min… - Yardım etdilər

Merih 1 milyon, Edis 400 min… - Yardım etdilər

Türkiyənin məşhur simaları da xalqa yardım üçün səfərbər olublar.

OLAY yazır ki, onlardan bir çoxu zəlzələdə dağıntılar altında qalan, yaxud da soyuqda köməksiz olan vətəndaşlara yardım üçün ianələr ediblər.

Bununla bağlı türk müğənni Haluk Levent status paylaşıb. O, yardım üçün pul bağışlayan tanınmışların siyahısını təqdim edib.

Levent bildirib ki, müğənnilər Edis 400 min lirə (37 min manat), İrem Derici 150 min lirə (14 min manat), Mustafa Ceceli 200 min lirə (18 min manat), aktyorlar Aras Bulut İynemli 200 min lirə (18 min manat), Kıvanç Tatlıtuğ 200 min lirə (18 min manat), Burak Deniz 150 min lirə (14 min manat), Celil Nalçakan 100 min lirə (9 min manat), futbolçular Cengiz Ünder 50 min avro (92 min manat), Çağlar Söyüncü 50 min avro (92 min manat), Mert Hakan 200 min lirə (18 min manat), Merih Demiral 1 milyon lirə (90 min manat) və TikTok Türkiyə 100 min dollar (170 min manat) bağışlayıb.