Türkiyənin reytinqli seriallarının baş qəhrəmanlarına verilən qonorarın miqdarı açıqlanıb.
OLAY yazır ki, bununla bağlı “Onedio” nəşri məlumat paylaşıb.
Qeyd edilib ki, hazırda “Aile” serialı ilə ekranda olan Serenay Sarıkaya bir bölüm üçün 800 min lirə (72 min manat), Kıvanç Tatlıtuğ isə 1 milyon lirə ( 90 min manat) alır.
“Yalı Çapkını”nın ulduzları Afra Saraçoğlu və Mert Ramazan Demirin hər ikisinə də bir bölüm üçün 100 min lirə (9 min manat) ödənilir.
“İki Yabancı” serialında rol almağa hazırlaşan Hande Erçel bir bölümdən 350 min lirə (32 min manat), Burak Deniz 250 min lirə (22 min manat) qazanacaq.
“Adım Farah” serialının aktyorları Demet Özdemir və Engin Akyürek hər biri ayrılıqda bir bölümə 500 min lirə (45 min manat) gəlir əldə edir.
“Ömer”in ulduzları Gökçe Bahadıra bir bölüm üçün 350 min lirə (32 min manat), Selahattin Paşalıya isə 100 min lirə (9 min manat) ödənilir.
“Gelsin hayat bildiği gibi” serialının aktyorları Ertan Saban 150 min lirə (14 min manat), Devrim Özkan isə 100 min lirə (9 min manat) qonorar alır.
“Kızılcık Şerbeti”nin ulduzları Sıla Türkoğlu və Doğukan Güngör ayrılıqda bir bölümə 100 min lirə qazanırlar (9 min manat).
“Ego” serialında yenidən tərəf müqabili olan Alperen Duymaz və Melisa Aslı Pamuğun bir bölümə qazandığı məbləğ 150 min lirədir (14 min manat).