Əməkdar artist Gülüstan Əliyeva şəhid həyat yoldaşı Zahid Əhmədovdan danışarkən göz yaşlarını saxlaya bilməyib.
OLAY yazır ki, “Rəngarəng səhər” verilişində “Yuxuma gələndə mənə deyir ki” sualını cavablandıranda həyat yoldaşını yad edib.
“Vəfamızı pozmaq istəmirəm. Həmişə çətin anlarım olanda yuxuma gəlir. Pis şey baş verəcəksə, sanki öncədən xəbərdarlıq edir. Ruhlar heç vaxt ölmürlər, onlar həmişə sağdırlar. Mən bir daha əmin oldum ki, onun ruhu yaşayır və o bilmişdi ki, biz gələcəyik. 33 ildir ki, cismən yanımda deyil. Bu, sevgi deyil. Sevgidən daha üstün hisslərdir. Hörmətdir, sədaqətdir, vəfadır. Mən zamanlar olub düşünmüşəm ki, kaş biz ayrılaydıq, amma o yaşayaydı”, - deyə, o, bildirib.