Tarzən Humay Qədimova öz musiqisini yazmaq istədiyindən danışıb.
OLAY yazır ki, o, bu barədə “Xəzər axşamı” verilişində söz açıb.
“Mən artıq iki həftədir bu barədə düşünürəm. Çünki instrumentalistə müğənniyə nisbətdə çətindir. Müğənni gedir bəstəkardan mahnı alır. İnstrumentalist üçün bəstəkar yoxdur. Biz məcburuq ki, oxuyanın mahnısını oxuyaq. O mahnını da oxuyanda, müəllif icazəsi verməlidir. Ona görə mən artıq fikirləşmişəm ki, bu barədə düşünməyə dəyər”, - deyə, o, bildirib.