Əməkdar artist Mətanət İsgəndərli “Tam vaxtıdır” verilişində qonaq olarkən radioları tənqid edib.
OLAY ayzır ki, o, mahnılarının səsləndirilməməsindən gileylənib. İsgəndərlinin sözlərinə görə, radiolarda yalnız 4-5 müğənninin mahnısı yayımlanır:
“Elə bil Azərbaycanda bunlardan başqa müğənni yoxdur. Arada da muğam oxuyanları verirlər. Deyirəm ki, mahnı yazdırmayım. Amma sənət eşqidir, dayana bilmirəm. Yeddi yüz mahnı var, aranjımanlara ətək-ətək pullar tökmüşəm. Lakin radiolar vermirlər. Bir də görürsən elə gic-gic mahnılar səsləndirilir ki... Biabırçılıqdır. Mən onların yerinə xəcalət çəkirəm. Gör necə bəstəkarların adını çəkdim. Bütün mahnılarım “evdə yatır””.