“Survivor”un məşhur iştirakçısı Turabinin səhhətində problem yaranıb.
OLAY yazır ki, bu barədə o, instaqramda məlumat yayıb. Turabi bildirib ki, yarışdan bədənindəki sınıqlara görə çıxsa da, başqa narahatlıqları aşkarlanıb:
“Ağır infeksiya var. Ciyərim sıradan çıxmaq üzrədir. Reanimasiyadayam”.