TV proqram
TV proqram

“Survivor”da nə baş verir?

“Survivor”da nə baş verir?

Türkiyənin məşhur “Survivor” yarışması son günlərdə yaşanan olaylarla sosial medianın gündəmindədir.

OLAY yazır ki, Nagihan Karaderenin iştirakçılardan biri ilə olan davası Acun Ilıcalını qəzəbləndirmiş, izləyicilər ilk dəfə məhşur aparıcını bu şəkildə görmüşdü. Nagihanın yarışmadan uzaqlaşdırılacağı düşünülsə də, o, rəqib komandaya transfer olub.

Bundan başqa, 2 dəfə sözügedən yarışmanın qalibi olan Turabi Çamkıran səhhətində yaranan problemdən sonra, davam edə bilməyəcini dilə gətirib.

Turabinin ayrılığından sonra, Avatar Atakan, Hilmi Cem İntepe və Sema Aydemir yarışmaya daxil olub.