Xalq artisti Məleykə Əsədova şəxsi həyatı ilə bağlı açıqlamalar verib.
OLAY yazır ki, bu barədə o, “Rəngarəng” verilişində qonaq olarkən danışıb. Aktrisa deyib ki, qızı böyüyüb, ona görə heç kimi sevə bilməz:
“Köhnə fikirli deyiləm, müasir düşüncəliyəm. Zaman çox dəyişib. Amma evimdə qız övladı böyüdürəm. Övladım maşallah mənim boyumdadır. Elə məni tamaşaçılar sevsin. Aktrisa 70 yaşında da olsa, sevilər. Çox sevilirəm. Amma qızım böyükdür. Heç kimi sevməyəcəm. “Heç vaxt!” demirəm. Qoyun, mən səhnədə obrazlarımla sevim sevilim”.