“İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının 3 üzvünün səlahiyyət müddəti başa çatıb”.
OLAY yazır ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında” Milli Məclisin qərarının layihəsinin müzakirəsi zamanı parlamentin sədri Sahibə Qafarova deyib
Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qeyd edib ki, İTV Yayım Şurasına irəli sürülən namizədlər arasından hər təşkilatdan 1 nəfər olmaqla, 3 nəfər 6 il müddətinə üzvlüyə təsdiq ediləcək: “Yayım Şurasına təqdim olunan namizədlərlə bağlı komitədə müvafiq müzakirələr aparmışıq”.
Layihəyə əsasən, aşağıdakı şəxslərin namizədliyi 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilib:
Namizədliyi Sahibkarlar Şurası tərəfindən irəli sürülmüş şəxslər:
- Zeynalov Vüqar Eldar oğlu
Namizədliyi Gənclər Təşkilatı tərəfindən irəli sürülmüş:
- Əliyev Azər Ruslan oğlu
Namizədliyi qadın cəmiyyətləri tərəfindən irəli sürülmüş:
- Yusifova Sevil Şərif qızı
Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.