Meyxanaçı Ağamirzə Məmmədov və söz ustadı Ağakərim Novruzovun oğlu Kamil bəzi meyxanaçıları tənqid edib.
OLAY yazır ki, onlar bu barədə “Xəzər axşamı” verilişində danışıblar. Bildiriblər ki, uzun müddətdir səhhətində problem olan Ağakərimlə çox az dosu maraqlanır:
“Dostlar demə, ürəyim ağrıyır. Orada-burada danışırlar ki, getdik, xəbər tutduq. 95 faizi yalandır. 10-12 uşaq var, maraqlanırlar. 40 gündür meyxanaçı Xəyyam üçün dad edirəm. Mehman Əhmədi, Namiq Qaraçuxurlu Xəyyamla çox maraqlanır. Amma özü dəstək istəmir. Özümüz kart açmışıq. Bir adam soruşmadı ki, kart kimdədir, hara göndərərk. Lakin öləndən sonra söhbətlər gedəcək ki, onun üçün nələr etmişdim.Vicdanım haqqı dost yoxdur. Bir dostum var, bir mən, bir də Allah. Dediyimi, haçansa dərk edəcəksiz. Gecə qardaşıma deyə bilmirəm ki, ağrıyıram. Amma Allaha deyirəm”.
Kamil isə bildirib ki, atası ilə maraqlandığını deyənlərin çoxu yalan danışır:
“Sizin verilişə gələnlərdən biri olub ki, deyib, Kamillə danışmışam, Kərimə dəymişəm. Amma soruşsaz, Kamilin nömrəsini bilmir”.