Əməkdar artist Şəbnəm Tapdıqın ad qalmaqalı davam edir.
OLAY yazır ki, “Tarixin bir günü” verilişinin aparıcısı Tarix Əliyev müğənni Şəbnəm Tapdıqın bu ada heç bir müəlliflik hüququnun olmadığı barədə xəbəri səsləndirib. Bundan sonra Ş, Tapdıq efirə telefonla bağlanıb və deyib ki, o ad kimi yox, təxəllüs kimi patentləşdirib:
“Demişəm ki, Şəbnəm adını təxəllüs kimi patentləşdirmişəm. Bunun kiməsə dəxli var? Özüm üçün öz adımın önünə “ilk” sözünü qoydum ki, digər Şəbnəmlərlə qarışmayım. Siz də bunu Tolik, (verilişin aparıcısı Tarix Əliyev) əlinizdə bayraq edib, danışırsınız. İnsanları mənim əleyhimə qoymayın. Sosial şəbəkələrdə onları üstümə qaldırıb, məni söydürürsünüzsə, onun 148-ci maddəsi var. Mən işimi bilirəm, kim sataşır, haqqımda yalanlar uydurursa, iddiamı qaldırmalıyam”.
Tarix Əliyev isə Ş.Tapdığın iddiaları ilə bağlı heç bir faktının olmadığını söyləyib:
“Siz mənə zəng vurub dediniz, əlimdə fakt var ki, Şəbnəm Tovuzlu haradasa deyib ki, mənim anam Şəbnəm Tapdıqla rəfiqə olub. Bu, absurddur. Siz 3 gün Elgiz Əkbərin verilişinə ayaq döydünüz, amma bu faktları üzə çıxara bilmədiniz. Şəbnəm Tovuzlu hər zaman deyib ki, mənim atam Şəbnəm Tapdığın sənətini sevdiyinə görə mənə Şəbnəm adını verib. Amma Şəbnəm heç anasını belə görə bilməyib. O nə bilərdi ki, anası kimlə rəfiqə olub?”
Tovuzlu onun suallarını eşitməzədn gələn həmkarına əsəbiləşib:
“Siz ad söhbətini bitirdiz, başqa şeylərə keçdiz. Məhkəməyə verirsiz verin. Boş-bekar adamdır, evdə oturub”.
Əməkdar artist isə qalmaqalın artıq ad məsələsindən irəli getdiyini deyib.