“Fikrimi heç vaxt elə-belə, havaya demirəm. Bir müddət Pərvizin başı Türkanla duetlər yazdırmağa qarışmışdı. Meyxana məclislərinə gəlmirdi, yola verirdi. Pərviz yaxşı meyxanaçıdır. Müğənni deyil”.
OLAY yazır ki, bu sözləri meyxanaçı Vüqar Əbdülov "Günaydın Azərbaycan" verilişində deyib.
Meyxanaçı həmkarı Namiq Qaraçuxurlu haqda da fikir bildirib: “Namiq Qaraçuxurlu oxuya bilir. Aygün Kazımovadan əyani və qiyabi dərs aldı, püxtələşdi”.