“Ata-ana pisdir deyən adam Allahın lənətlənmiş məxluqudur. Allah ona bəla verər. Hər iki valideyn də müqəddəsdir”.
OLAY yazır ki, bu sözləri “Təsir dairəsi” verilişində Əməkdar artist Elza Seyidcahan söyləyib. Sənətçi uşağını anasından ayıran bir şəxsə hiddətlənərək bunları deyib:
“O ananı yerə vurmusunuz, onda analıq qalmayıb. Ana ağlayanda siz utanmadınız? Uşaq 16 yaşına qədər anada qalmalıdır. İndi qanunlar dəyişib, bu 10 yaş olub”.