“Nadejda həyat yoldaşı kimi Oqtayla çox maraqlanırdı. Onu çox sevirdi. Qadın onu əlində saxlayırdı”.
OLAY yazır ki, bu sözləri “O üz” verilişində mərhum Xalq artisti Oqtay Ağayevin bacısı Ofelya xanım deyib.
Ofelya xanım bildirib ki, Oqtay Ağayev vəfat edəndən sonra həyat yoldaşı Nadejda xanım tamamilə dəyişib: “Çox aqressiv oldu. Telefonlara cavab vermirdi. Mənlə danışırdı, anam rəhmətə gedəndən sonra mənimlə də əlaqəni kəsdi. Mən onu tapan anda, artıq ölmüşdü. Zəng edib Fuadı, nəvəsini çağırdım. Amma əlimizdən nə gəlirdiki? Evi satdığı adamı da tapdıq. Bütün müğənnilər dedilər ki, bizə kömək olacaqlar. Amma sonuna qədər getmədim. Deyəcəkdilər ki, burada pul tələsi var”.