"Mənə qalmaqal, gündəm lazım olsaydı, elə səsyazmalar, telefonda məlumatlar var ki, birini çıxarsam, sabah bütün saytlar onu yazar".
OLAY yazır ki, bu sözləri müğənni Aynur Dadaşova "Səhərin səsi" verilişində deyib.
İfaçı bildirib ki, bunlara ayırmağa vaxtı yoxdur: "Bu mənə lazım deyil. İşim çoxdur. Mənə sənətim, xanımlığım lazımdır".