Aparıcı Şəhriyar Əbilov gənc həmkarları ilə bağlı açıqlama verib.
OLAY yazır ki, bu barədə o, “MTV xəbər”ə danışıb. Şəhriyar deyib ki, bu sahəyə gələn gənclər onları da inkişaf etdirir:
“Gənclər görürəm ki, söz bazası ilə rəqabət aparırlar. Onlarla rəqabət aparmaq üçün çoxlu oxumaq lazımdır. Biz gəncləri ciddiyə alıb, yaxşı yəhərlənib, silahlanıb özümüzü bərabər şəkildə göstərməliyik.
Çoxdandır fil yuxusuna yatmışdıq. Görürük ki, indi onlar var. Bir vaxt özümüz də gileylənirdik ki, televiziyaya gənclər, maraqlı insanlar, istedadlar gəlmirlər. Elə bir dönəmdə televiziyaya gəlmişik ki, onda sosial şəbəkələr yox idi. Onda 3-4 kanal var idi. Xüsusilə də yaşlı təbəqənin yaddaşında yaxşı qalmışıq. Bizi indi ayaqda saxlayan budur. Ona görə də Şəhriyar Əbilov deyəndə tanıyırlar. Gənclərə uğurlar arzulamalıyıq. Bu, mənə güc verir ki, daha da inkişaf edim. Onlar bizi inkişaf etdirirlər”.