TV proqram
TV proqram

Abbas efirlərdən bezib

Abbas efirlərdən bezib

Əməkdar artist Abbas Bağırov uzun müddətdir efirlərə çıxmama səbəbindən danışıb. 

OLAY yazır ki, bu barədə o, “Xəbər ətər”ə açıqlama verib. Abbas deyib ki, verilişlərdəki eyniliklərdən bezib:

“Sual verəndə sənətimlə bağlı nəsə danışmalıyam. Amma bir məhsul hazır olsun ki, onun haqda nəsə danışım. Bir də efirə çıxmaqdan bezmişəm, eyni dekorasiyadan, aparıcıların eyni suallarından bezirəm. Hər dəfə gedib eyni mahnını oxumuram. Aparıcı eyni sualları verir, eyni dekorda dayanır. Bu, məni yorur”.