TV proqram
TV proqram

“Yuxuda özünü qan içində gördü”

“Yuxuda özünü qan içində gördü”

“Plastik əməliyyat etdirməyə gedəcəkdi. Yatdı, yuxuda özünü qan içində gördü. Dedi ki, yox, getməyəcəyəm. Bir aydan sonra dedi ki, gedəcəyəm”.

OLAY yazır ki, bu sözləri mərhum müğənni Reyhan Müslümovanın bacısı İsmət xanım “Elgizlə izlə” verilişində qonaq olarkən deyib.

O, 53 yaşında əməliyyat masasında dünyasını dəyişən bacısının faciəvi ölümündən söhbət açıb:

“Həkim sərxoş halda gəlib əməliyyata girmişdi. Bacım da ona tort aparmışdı. Əməliyyat olmazdan əvvəl işıqlar sönüb, güzgü sınıb. Bacıma rəfiqəsi zəng edib dedi ki, getmə, Reyhan, bu gün pis gündür. Bacım şəkər xəstəliyindən əziyyət çəkirdi. Amma hər yeri təbii idi. 12 kiloya yaxın piy götürmüşdü. Birdən-birə o qədər götürmək olmaz axı. Axırda “narkoz”dan ayılmadı. Bizim də xəbərimiz yox idi. Həkim qohumumuz gəldi, dedi ki, ölüb, heç olmasa, evə aparın. Bacımın iki övladı qaldı”.