Ötən gün İTV-də yayımlanan “Şeyx Sənan” serialı final bölümü ilə ekrana gəlib.
OLAY yazır ki, ekran işində Əməkdar artist Ayşad Məmmədovun ağladığı səhnə həyat yoldaşı, Gənc Tamaşaçılar Teatrının aktrisası İlqarə Tosovanı da kövrəldib.
Sənətçinin televizor qarşısında ağladığı anları qızı Mələksima Məmmədova sosial media hesabında paylaşıb. O, videoya “Atamın serialda ağlamağına baxıb ağlayır” şərhini yazıb.