Aparıcı İlkin Həsəni son vaxtlar şəxsi həyatı barədə yayılan xəbərlərdən danışıb.
OLAY yazır ki, bu haqda o, “MTV xəbər”ə müsahibəsində deyib.
İlkin influenser həyat yoldaşı Aysel Həsəni ilə küsüb-barışmaqları haqda çıxan söz-söhbətlərə belə cavab verib:
“Sosial şəbəkələr elədir ki, əgər səhifən açıqdırsa, təbii ki, müəyyən paylaşımlar olur. Hər bir jurnalistin də bir qavrama, qəbul etmə və düşünmə anlayışı var. Kimsə hansısa bir paylaşımı başqa bir tərəfə də yoza bilər. Başqası isə bunu, həqiqətən, olduğu kimi də qəbul edə bilər… Yenə də deyirəm, elə şeylər var ki, mən bu barədə, ümumiyyətlə, heç yerdə danışmıram. Nəsə də ciddi bir şey olarsa, bu haqda ya sosial şəbəkələrdə ya da haradasa bir açıqlama verərik. Aramızda hər şey əladır, gözəldir!”.
Həsəni övladı Alisadan da söz açıb:
“5 ildir ki, qızımla məndə ata-bala sevgisi ilbəil deyil, günbəgün çoxalır. Təbii ki, bir xanım olaraq, kaprizləri var. Mən də bir ata kimi o kaprizləri nəzərə alıram. Qızım böyüsə də, onun kaprizlərinə dözəcəm. Çalışacam o mühitdə böyüsün ki, o qadağalara ehtiyac olmasın!”.
Qeyd edək ki, cütlük 2017-ci ildə ailə qurub.