Yaxın günlərdə “Kanal D”də yayımlanacaq “Yıldız de bana” verilişinin aparıcısı bəlli olub.
OLAY yazır ki, proqramı məşhur türk aktyor Deniz Tansel Öngel təqdim edəcək.
Qeyd edək ki, layihədə münsif kürsüsündə Hülya Avşar oturacaq. O, Hamdi Alkan, Kerem Alışık və Büşra Pekinlə birgə yer alacaq. Yarışmanın əsas məqsədi aktyorluq sahəsi üzrə yeni istedadların üzə çıxarılmasıdır.