Hülya Avşar uzun müddət sonra televiziya ekranlarına geri qayıdır.
OLAY yazır ki, sənətçinin “Yıldız de bana” yarışmasında münsif olacağı öyrənilib.
O, bu layihədə Hamdi Alkan, Kerem Alışık və Büşra Pekinlə birgə yer alacaq. Ekran işinin “Kanal D”də yayımlanması planlaşdırılır.
Qeyd edək ki, yarışmanın əsas məqsədi aktyorluq sahəsi üzrə yeni istedadların üzə çıxarılmasıdır.