TV proqram
TV proqram

Aşıq Ulduzun müğənni qızı xaricə köçüb

Aşıq Ulduzun müğənni qızı xaricə köçüb

Aşıq Ulduz Sönməzin müğənni qızı Sədaqət Ulduz xaricə köçüb.

OLAY yazır ki, bu barədə U. Sönməz “Zaurla Günaydın” verilişində qonaq olarkən danışıb.

“Ailə qurub, xaricə köçüb. Bu dəqiqə onların evi Hollandiyadadır (Hazırda Niderland adlanır - red.). Mən də bir dəfə gedib-gəlmişəm. Yenə gedəcəm. Burda da evləri var. Amma yoldaşının işi oradadır, iş adamıdır. Allah bütün balaları xoşbəxt etsin”, - deyə, aşıq bildirib.

Bir müddət sonra isə Sönməz qızının İsveçə köçdüyünü, Hollandiyaya gəzməyə getdiyini söyləyib.

Qeyd edək ki, Sədaqət 2019-cu ildə ailə qurub. Onun Bakıdakı toyu bəysiz baş tutub.