Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu və xanımı Aysel İbrahimova ilə qalmaqalından danışıb.
OLAY yazır ki, bu barədə o, “Şou xəbər”ə açıqlama verib. Aşıq deyib ki, hər zaman sakit qalmağa çalışır:
“Qalmaqaldan qaçan adamam. Heç sevmirəm, Təəssüf ki... Narahat olduğum bir şey var ki, mənim əlimdən kiməsə haqsızlıq edilməsin. Sakit olmaq və sakitliyi qorumaq çox çətindir. Amma imkan vermirlər, sakit oturasan. Lazım olsa, danışacam. İndi də onları görsəm, qucaqlaşıb, bağrıma basaram”.
Qeyd edək ki, “Səs Azərbaycan: Doğma nəğmələr” yarışmasında münsif olan S. Əliyeva qarşıdruma mərhələsində komandasınd aolan Aysellə vidalaşıb. Bundan sonra sənətçilər arasında qalmaqal yaşanıb. Belə ki, Hüseyn ad çəkmədən xanımını yarışdan çıxaran aşığa sosial şəbəkə üzərindən söz atıb.