Türkiyənin Radio və Televiziya Şurası bir neçə kanalı cəzalandırıb.
OLAY yazır ki, qurum “Flash” TV-yə 3 dəfə proqram dayandırma, Habertürk TV-yə isə pul cəzası verib.
“Flash”a verilən cəzanın səbəbi proqramlarından birində şiddət, nifrət dolu fikirlərin yer almasıdır. Habertürk-də isə RTÜK-ün bir media qurumunun tədbirinə icazə verməməsi ilə bağlı iddianın səslənməsi pul cəzasına səbəb olub.