Əməkdar artist Könül Kərimova səhnə geyimlərini nümayiş etdirib.
OLAY yazır ki, sənətçi sözügedən paltarları “Günün sədası” verilişində göstərib. Libaslar içərisində isə bir geyim xüsusi diqqət çəkib.
Belə ki, ifaçı həmin paltarın 22 min manat olduğunu bildirib.
“Bu geyim 10 ildir ki, məndədir. Dəyərli libaslarımı saxlayıram. Səhnədə gözəl görünməyə üstünlük verirəm, geyim şərtdir”, - deyə, Kərimova qeyd edib.