Müğənni Aygün Mahmudova (MM) açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, sənətçi kiçik qızının da Türkiyədə baş verən zəlzələ görüntülərindən təsirləndiyini bildirib.
“Qızım 3 gündür ağlayır. Gecə yatanda soruşur ki, ana, bina uçacaq, biz altında qalacağıq? Ağlayır… Bu uşaqların hamısına travmadır”, - deyə, ifaçı qeyd edib.