Aparıcı Xoşqədəm Hidayətqızı və türk müğənni Doğuş zəlzələdən zəzərçəkənlər üçün yardım kampaniyası başladıb.
OLAY yazır ki, bu barədə X. Hidayətqızı “Səni axtarıram” verilişində danışıb. O bildirib ki, ailə olaraq ilk yarıdmı özləri ediblər:
“1000 ailəni istilik adyallarla, geyimlərlə təmin etdik. Doğuş bəy Türkiyədə deyil, amma komandası oradadır. Onlar artıq kampaniyaya başladılar. Mən xatırlayıram, mühairbədə Doğuş bəy, tək o da yox bütün Türkiyədə sadə vətəndaşlar bizə necə kömək edirdi. Düşünürəm ki, indi də mən övladlarımın vətəni, oradakı insanlar üçün nəyə gücüm çatır kömək edim. Soyuqda insanlardan kömək istəyənlərə yardım edim. Bəlkə də milyonları var idi, amma bir saniyədə hamısı yox oldu. Onların səsinə səs verim. Hər zaman siz yanımızda olmusuz. İndi də deyirəm ki, biz birlikdə güclüyük. Türkiyə, yanındayıq”.