TV proqram
TV proqram

Meral Konrat “Sovetski”nin sökülməyinə sevinibmiş

Meral Konrat “Sovetski”nin sökülməyinə sevinibmiş

““Sovetski” ətrafındakı evlər pis gündə idi. Kanalizasiya sistemi də pis idi. Biabırçılıq idi. Mən Türkiyəyə getmişdim elə utandım. Orada Bakıya gələnlər  dedilər ki, sizin şəhərin mərkəzində “gecekondu”lar var. Mən də bilmirdim mənasını, soruşdum. Söylədilər ki, belə balaca evlər”.

OLAY yazır ki, bu sözləri “Elgizlə izlə” proqramında aparıcı Elgiz Əkbər deyib. Onun sözlərinə görə aktrisa Meral Konrat da ölkəmizə ikinci dəfə gələndə “Sovetski”nin söküldüyünü görüb sevinib:

“Sonra Meral Konrat ikinci dəfə Bakıya gələndə ona şəhəri gəzdirirdik. Onda artıq təmir edilmişdi, yerində park var idi. Həmin yeri görüb əlini göyə qaldırdı, dedi ki, şükür, bunlar söküldü. Sonra dedi ki, sizdə yaxşı ki, evlərin yerində park inşa etdilər, bina yox. Arzu edirəm ki, həmin ərazi bütünlükdə elə davam etsin, şəhərin mərkəzində böyük park olsun”.

Qeyd edək ki, M. Konrat “Təhminə” obrazı ilə tanınır.