Aparıcı Zaur Baxşəliyevin adından dələduzluq edilib.
OLAY yazır ki, bu barədə o, “Bizimləsən” proqramında danışıb. Baxşəliyev bildirib ki, həmin şəxsi polisə şikayət edib:
“Bir nəfəri polisə şikayət etdim. Tanıdığım bütün həkimlərə yaxınlaşır ki, Zaurun səhifəsində yarış keçirəcəyik. Onlara göndərir. Mən ümumiyyətlə “giveaway” nədir bilmirəm, etməmişəm. Heç vaxt da etməyəcəm. Birmənalı deyirəm. Adam utanmaz-utanmaz bura gələn həkimlərə də deyir ki, məni Zaur bəy tapşırıb. Adı Hüseyndir. Daxili İşlər Nazirliyinə təqdim etmişəm, nömrələrini də, görüntülərini də vermişəm. Deyir, Zaurun işçisiyəm, kartı sizə atacam. Səhifəmi fotoşop edib ki, guya paylaşmışam. Nəhayət bizim dostumuz olan həkimə yığıb. O da bizm yanımızdadır. Adama deyir ki, Zaurun köməkçisiyəm. Mən səsini eşidirəm. Həmin həkim deyir ki, mən Zaurun yanındayam. O da dirəşib ki, ola bilməz, Zaur mənim yanımdadır”.