Müğənni Samirə Əfəndi küsülü olduğu Səmra Rəhimli ilə bağlı açıqlama verib.
OLAY yazır ki, gənc ifaçı bu barədə “Səhər mərkəzi” verilişində danışıb. O, Nigar Camala ünvanlanan “Səmra Rəhimli yoxsa, Samirə Əfəndi” sualına münasibət bildirib:
“Heç bir araya gətiriləsi deyilik. Mən ikimizi bir yerə qoymazdım. Mənim başqa, onun başqa tərzi var”.
İfaçı “Dostluq barədə necə” sualına isə “Mən dostları möhkəm seçirəm. Möhkəm dostluğu sevirəm. Seçəndə 100 dəfə ələkdən keçirirəm. Nə qəlb qırmağı sevirəm, nə də kimsə mənim qəlbimə dəysin. Küsmürəm, amma özümə qapanıram və unuduram”.
Qeyd edək ki, Samirə Əfəndi və Səmra Rəhimli arasında münasibətlər “Səs Azərbaycan” layihəsindən sonra pisləşib. Hər iki müğənni hazırda küsülüdürlər.