“Avroviziya” qalibi Nigar Camal TikTok-dakı gəncləri tənqid edib.
OLAY yazır ki, o, “Səhər mərkəzi” proqramında bu mövzuda cavanlardan narazı olduğunu bildirib:
“TikTok-dan narazıyam. Gənclərimiz TikTok xəstəsidir. Orada o qədər mədəniyyətsiz, qabarıq hadisələr baş verir ki... Çox pis şəkildə... Bu, ancaq bizdə belədir. Başqa ölkələrdə baxırsan ki, belə deyil. TikTok hesabım var, amma sevmirəm və girmirəm”.
Camal “Qızlarına TikTok-a girməyə icazə verirsən” sualına isə belə cavab verib:
“Qızlarıma TikTok-a girməyə icazə verirəm, onlarda onsuz da İngiltərə seqmentidir deyə, rahatam”.