Müğənni Yaşar Cəlilov sevgi həyatı ilə bağlı açıqlama verib.
OLAY yazır ki, bu barədə o, “ATV səhər” proqramında qonaq olarkən danışıb. Yaşar deyib ki, hazırda həyatında sevdiyi bir insan yoxdur:
“Mənim üçün hazırda sevgi yoxdur. Ümumiyyətlə sevgi var. Həyata, anaya Vətənə sevgi... Mənim üçün ən dəyərli insan anamdır. Hazırda subayam, sevdiyim insan yoxdur. Allah hər kəsi xoşbəxt etsin. Mən ailəli olub ayrılmışam. Məsləhətim odur ki, hər zaman ailəli olasız. Həm də evlənmməyə tələsməyin, öz yarınızı tapın. Seçiminizi düzgün edin. Hər şey masa arxasında çəngəllə, bıçaqla yeməyi normal kəsməklə ölçülmür. Daha səmimi olursan. Ailədə çəngəl-bıçaq aradan götürülür. Ailə qurmaq, xoşbəxt olmaq yaxşıdır”.
Qeyd edək ki, Yaşar bir dəfə ailəli olub ayrılıb, onun bir qız övladı var.