Müğənni Niyam Salami Mabel Matizin “Antidepresan” mahnısını ifa etdiyinə görə tənqid edilməsindən danışıb.
OLAY yazır ki, bu haqda ifaçı “Xəzər axşamı” verilişində söz açıb.
“O mahnını oxuduğuma görə məni top atəşinə tuturlar. Dəlisiniz? Mən sizə nə etmişəm? Deyirlər, sənlik deyil, get başqa mahnı oxu. Ay qardaş, ay bacı, bu mahnını restoranda ifa etmək üçün oxumuşam”, - deyə, Salami qeyd edib.