“Həyat yoldaşım mənə də qadağalar qoyub. Harasa getməyə icazə vermirsə, demək ki, nələrsə bilir ki, icazə vermir. Sənətimiz incədir. Nə söz deyilirsə, tez ləkə götürür”.
OLAY yazır ki, bu sözləri Aşıq Zülfiyyə İbadova “ATV Səhər”ə müsahibəsində deyib.
O, xəyanəti bağışlayan məşhurlar sırasına qatılaraq bunları deyib: “Kişidir, səhv edə bilər. Səhvsiz insan olmur ki? Xəyanəti ailənin, uşaqların xatirinə bağışlamaq olar”.