Müğənni Sevda Yahyayeva ana olduqdan sonra ilk dəfə efirə çıxıb.
OLAY yazır ki, sənətçi “Səhər mərkəzi” proqramında qonaq olub. Yahyayeva qızı Ayladan danışıb, onun atasına bənzədiyini bildirib:
“Mən gələndə Ayla yatırdı. Dedim ki, ana efirdə olacaq, baxarsan. Artıq 40 günü geridə qoyduq. Mən fotosessiya etdirmək istəyirəm, çünki izləyicilərim də yazır ki, Aylanı nə vaxt görəcəyik. Görünüşdə eynən Zakirdir. Hələ doğulmamışdan əvvəl UZİ-də baxanda da deyirdik ki, Zakirə oxşayır. Doğuldu, elə də oldu. Zakir deyir ki, əlləri sənə oxşayır. Özü də çox rahatlığı sevirəm. Məsələn, ona necə rahatdırsa, elə də yatır. Bu cəhəti də atasına bənzəyir. Uşağa özüm baxıram. Dünən Zakir dedi ki, səhər efirdəsən, bu gün mən baxım”.
Sevda həm də “Qadının pulu qadının, kişinin pulu hamının” fikrinə “Hər ikisi qazanırsa, eyni olmalıdır. Evdə büdcə qadında olmalıdır” cavabını verib
Efirə telefonla qoşulan Zakir Bayramov isə övladının şəklini paylaşmağın əleyhinə olmadığını deyib:
“Biz fotosessiya düşünürük. Mən belə şeylərin əleyhinə deyiləm, müəyyən müddətdən sonra normal baxıram. Hər bir valideynin xüsusi yanaşması var. Görsədib, görsətməmək invidual seçimdir”.
Bundan əlavə, efirdə Sevdanın qayınatası ilə qayınanasının müsahibəsi də yer alıb. Onlar da nəvələrinə görə çox sevincli olduqlarını bildiriblər.