“Həyat yoldaşım Ədalət bəylə yaxşı yola gedirik. Birimiz od olanda, digərimiz su oluruq. Hirslənəndə mən su tökürəm üstünə. Mən daha çox keçən tərəfəm. Çünki onun da fədakarlıqları var. Düzgün, təmiz insandır”.
OLAY yazır ki, bu sözləri aktrisa Zemfira Əbdülsəmədova “Düzünə qalsa” proqramında həyat yoldaşı və həmkarı Ədalət Əbdülsəmədov haqda söyləyib.
O, fikirlərini belə əsaslandırıb:
“Əyilməyən, şax adamdır, dağ adamıdır o. Ona güzəştə gedirəm, sözün əsl mənasında kişi adamdır. Aramızda qısqanclıq yoxdur, onlar gənclik dönəmindən keçib gedib. Bir dənə yeməyi gecikəndə əsəbləşir, dayanmadan danışır. Mən də nəsə deyəndə mübahisə yaranır...”.
Qeyd edək ki, cütlüyün iki övladı var.