Müğənni Nadir Qafarzadə dünyasını dəyişən bacısı Sərvinazla bağlı açıqlama verib.
OLAY yazır ki, sənətçi bacısı rəhmətə gedəndən bir həftə sonra yeni klipini təqdim etməsindən söz açıb. Bu haqda Nadir “MTV maqazin”ə müsahibəsində deyib.
“Mən bu gün toya gedirəmsə, işə gedirəm, toya yox. Bir var toya gedib yeyib-içib, rəqs edib əylənirsən. Mən işimə gedirəm. Heç kim kiminsə evinin içinin dərdini bilmir. Mən kiməsə problem arzu etmirəm. Qınamaq çox pisdir, heç kimi qınamayın. Mən müğənniyəm. Bu gün nəyisə paylaşıramsa, bu mənim işimdir”.
Qafarzadə xərçəngdən ölən bacısının vəfatını onun xilası adlandırıb:
“Təsəvvür et ki, sənin gözün görə-görə bacının dərisi çürüyür. Canlı-canlı insan sənin qarşında çürüyür… Əti qaralır, yaralar açılmağa başlayır, qan açılanda onun zarıltısı, ağrısı…”.
Qeyd edək ki, ifaçının bacısı ötən ilin oktyabrında həyatını itirib.