Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva (Aşıq Samirə) ilə qalmaqalından danışıb.
OLAY yazır ki, bu barədə o, “Həyat tərzi” verilişində açıqlama verib. Hüseyn bildirib ki, Samirə ilə dostluq münasibəti yoxdur:
“Baş verənləri üzümüzə gələn həftələrdə biləcəksiz. Çalışmışam ki, həmişə sözün düzünü danışım, bir az pis də olmuşam, qınayıblar. Dostlarım zəng edib ki, etmə, sənə lazımdır? Amma özümdən asılı olmayaraq demişəm. Bu haqda yazıldı, tam açıqlamadım. Samirə xanım mənim dostum deyil. Dostlarım burada əyləşib. Dostum olanları salamlayıram. Dost qardaşdan yaxındır”.
Qeyd edək ki, “Səs Azərbaycan: Doğma nəğmələr” proqramında yarışan H. Məhəmmədoğlunun xanımı Aysel İbrahimova Samirəni seçdikdən sorna qalmaqal başlayıb. Belə ki, Hüseyn instaqramda “Aşıq, saz çalan estradadan danışırsa, kül Azərbaycan estradasının başına” statusunu yazıb. Bundan sonra Aysel Samirəni sırf Hüseynin dostu olduğu üçün seçdiyini demiş və qalmaqallı açıqlamalar vermişdi.