Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun qalmaqallı paylaşımından sonra xanımı aktrisa Aysel İbrahimova da açıqlama verib.
OLAY yazır ki, instaqramda video paylaşan Aysel yoldaşının “Aşıq, saz çalan estradadan danışırsa, kül Azərbaycan estradasının başına” fikirləri ilə razılaşdığını bildirib.
O, “Səs Azərbaycan: Doğma nəğmələr” müsabiqəsində aşıq Samirə Əliyevanı sırf Hüseynin dostu olduğu üçün seçdiyini vurğulayıb. Lakin İbrahimova bu dostluğun pozulduğuna işarə edib:
“Aşıq Samirəni ona görə seçmədim ki, o, böyük sənətkardır. Xeyr! Böyük sənətkara qalanda orada Gülyaz Məmmədova var idi. Gözümü açandan Gülyaz və Gülyanaq bacılarını səhnədə görmüşəm. Onların peşəkar ifalarını dinləmişəm. Sənətkarlığa qalanda mən Gülyaz xanımı seçərdim. Aşıq Samirəni seçməyimin bir səbəbi vardı. O da Hüseynin dostu idi... Bəli “idi”... Sırf buna görə onu seçdim. Ola bilər ki, siz indi dediklərimi anlamayacaqsınız. Amma gələn həftələrdə, ayda, gündə söylədiklərim hər birinizə aydın olacaq.
Gələk Hüseynin yazdığı statusa. Hüseyn çox emosionaldır. Ona görə də emosional çıxış edib. Amma insanın dediyində həqiqət var. Aşıq musiqisini ifa edən insan estrada ifaçısı haqqında düzgün qərar, rəy bildirə bilməz. Eləcə də estrada ifaçısı aşıq sənəti haqqında heç nə deyə bilməz. Burada nə var ki? Bu açıq aşkar ortadadır. Heç bir janr heç bir janr haqqında fikir bildirə bilməz. Mənə də sübut oldu ki, doğrudan da, bu belədir. Gərək hərə öz janrında olan insandan düzgün fikir alsın”.