Müğənni Mətanət Əsədova növbəti dəfə estetik prosedur etdirəcək.
OLAY yazır ki, bu barədə o, “Səhər mərkəzi” verilişində danışıb. Əsədova deyib ki, üzündəki gelləri çıxartdıracaq:
“2009-cu ildən üzümdə problem yaşayıram. Efirlərə bəzənib gəlirəm, qıraqdan baxan deyər ki, qızın üzü “çopur çopurdur”. Mənim üzümün çox gözəl dərisi var. Bir burun əməliyyatı etdirmişəm.
Burun adamı necə dəyişər? Əvvəl uzun burnum da var idi, çənəm də qəribə idi. Burnum yaraşığımı itirirdi. Nəyə oxşayırdım?! İndi deyirlər, nələr etdirib. Vallah bir burun əməliyyatı keçirtmişəm. Sonra gözəllik salonunda dedilər ki, üzün çox arıqdır. Biz nə bilək ki, hollidvud üzü dəb olacaq. Salonda da hamı üzünü doldururdu, orada nə tibb bacısı idi, nə də işdən xəbəri var. Sən demə oraları təmizləyənin biridir. Başımı aldatdılar, üzümə süni gel vurdular. O vaxtdan problem yaşayıram. Bu gün də həkimə getməli idim. Gelləri çıxartmalı idik, dedim, üzüm düzələr, sonra efirə gələrəm”.