“Gözümlə şahidi oldum. Bəhs etdiyimiz təsadüfi müğənnnilərdən biri efirdə konfeti açıb, qorxunc şəkildə yeyir, çayı içib fincanı itələyirdi. Elə bil ki, evindədir. Halbuki bir xanım evində də çayı elə içməz”.
OLAY yazır ki, bu sözləri “Üz-üzə” verilişində Xalq artisti Nazpəri Dostəliyeva deyib. O, bəzi müğənnilərə ad çəkmədən irad bildirib:
“Azərbaycan qadını kimi kameraları görmürsə, ya da görüb arxasını çevirirsə, onu verilişə çağırmaq olarmı? Hər dəfə demişəm kanalın göstrəricisi onun rəhbərinin kimliyindən xəbər verir. Mənim kanalımda kimsə tərbiyəsizlik edirsə və ona göz yumuramsa, deməli, onun tayıyam. Bunu çəkinmədən hər kəsin üzünə deyirəm”.