Xəzər TV-nin aparıcısı Aytən Səfərova virusa yoluxub. OLAY yazır ki, bu barədə o, instaqram hesabında məlumat verib.
Səfərova qeyd edib ki, ailə üzvləri də son zamanlar yayılan xəstəlikdən əziyyət çəkib:
“Virus bizə də gəldi, keçib yuxarı başda oturdu. Hamımızda hərarət var. Dərmanları da ikiqat qəbul edəsən ki, təsir etsin. Uşaqlar şam kimi göz qabağında əriyirlər”.