“Bir az narahat olurdum ki, əksər insan məni yaxından tanımır. Çox dərinə getmək istəmirəm. Özümdən də çox doğmalarım narahat olurdu ki, bu sənin nüfusuna, statusuna təsir göstərir. Deyirdilər, çıx, belə söylə. Amma mən heç vaxt danışmadım”.
OLAY yazır ki, bu sözləri “Özəl” verilişində Əməkdar artist Mətanət İsgəndərli deyib. O, haqqında yayılan söz-söhbətlərə heç vaxt cavab vermək istəmədiyini söyləyib:
“Üzdə olan insanlara daş atanlar çox olur. Şayiələr yayılır. Sevməyənlər, gözü götürməyənlər, qəsdən plan quranlar da var. Həm də mən qalmaqal, dava-dalaş adamı deyiləm. Amma istəyirlər ki, zorla məni o söz-söhbətin içinə salsınlar. Mən sakit, davadan uzaq adamam. Qətiyyən sevmirəm. Evimdə də bunu istəmərəm. Söz-söhbət olanda deyirəm, yanımda qeybət etməyin, ancaq danışıb gülün. Mən bunu xoşlayıram. Evimizdə bir gün gülmək olmasa, elə bilərik yaşamamışıq, həmin gün itər. Mütləq nəsə qəhqəhə olmalıdır. Oğlum Kərim də, nəvələrim də belədir. Böyük nəvəm Tuncay arada nəsə şou edir ki, biz gülək”.
Qeyd edək ki, M. İsgəndərli ötən illərdə keçmiş gəlini Canana ilə böyük qalmaqal yaşamışdı.