Aparıcı Elgiz Əkbər mərhum Əməkdar artist Tünzalə Əliyeva ilə bağlı müzakirələrə səbəb olacaq açıqlama verib.
OLAY yazır ki, bu barədə o, “Elgizlə izlə” proqramında danışıb. Elgiz deyib ki, aktrisanın təxmini vəfat edəcəyi günü də bilirlərmiş:
“Onunla bizim son bağlantımız idi. Səsi iflic olmuşdu, dayaq hərəkətini itirmişdi. Ancaq mesaj yazırdı. Dünən oxudum ki, bacısı deyir, artıq əlində taqət qalmamışdı. Ruhu şad olsun. Biz hamımız təxmini gününə qədər bilirdik ki, nə vaxt dünyasını dəyişəcək. Özü də bilirdi, amma heç təslim olmaq istəmirdi. Yaşamaq arzusu var idi, qızı üçün bunu istəyirdi. Təəssüf ki, belə oldu, həyatı yarımçıq qaldı.
Bir aparıcı kimi hər zaman onun yanında olmuşam, sağlığında diqqət göstərmişəm. Düşünürəm ki, insanlara sağlığında qiymət vermək lazımdır. Biz bunu etmişik, həmişə dəstək olmuşuq. Tək özümü nəzərdə tutmuram, digər həmkarlarım da belə edib, biz onu hər zaman diqqətdə saxlamışıq. Ona görə bizdən razı getdi. Bu artıq bir adət halını alıb, sənət adamlarını alqışlarla o bir dünyaya yola salırlar. Azərbaycanda ilk dəfə bunu Nəsibə Zeynalova üçün etdilər, bu tendensiya indi də davam edir. Aktyor üçün ən böyük qiymət alqışdır. Biz də alıqşlarımızla ona rəhmət diləyirik. Ruhu şad olsun”.