Müğənni Niyam Salaminin aparıcı Çinarə Əliyeva ilə bağlı açıqlaması marağa səbəb olub.
OLAY yazır ki, “Space Magazin”ə danışan ifaçı klipində rol alan Çinarənin nişanlanmasına münasibət bildirib.
“Ona qadına layiq bir-iki söz dedim. Söylədim ki, məclisdə elə geyin ki, hamıya mədəniyyətinizi göstərin. Açıq-saçıq geyinəndə də qadının bir sözü var ki, deyir, özüm bilərəm, həyat yoldaşımdır. Bu da sənə cavab”, - deyə, müğənni vurğulayıb.