“Qadın, ilk növbədə elə qadın olmalıdır. Qadın gözəllik və ağlın harmoniyasıdır. Amma bu qütblər qızıl orta xətdə birləşməlidir. Hansı qadın düşünsə ki, o kişidən ağıllıdır, o böyük səhv edəcək!”.
OLAY yazır ki, bu sözləri Xalq artisti Vidadi Həsənov MTV-də yayımlanan “Düzünə qalsa” verilişində deyib. O fikirlərinə belə aydınlıq gətirib:
“Mən düşünürəm ki, gözəllik və ağlın birləşdiyi xətdə qadın gözəldir. Hansı qadın düşünsə ki, o ziyadə gözəldir və ya ağıllıdır, o səhv edəcək. Qütblər həmişə qorxuludur. Qadın düşünəndə ki, bəli, o gözəldir həm də qadındır və ya ağıllıdır və həm də qadındır. Bax bu başqa məsələ. Çünki qadınlıq gözəllik və ağıldan da üstündür. Atalarımız deyir ki, qadın boyun, kişi başdır. Kişi necə, hara hərəkət elədiyini bilmir. Boyun elə bir şeydir ki, hara istədi hərəkət edir, heç başın ondan xəbəri də olmur. Bəzən elə qadın tapılır ki, deyir mən başam. Onda da yerdəyişmə olur, əcaib bir şeyə çevrilir. O da olmur da”.