Mərhum Xalq artisti Nəsibə Zeynalovanın nəvəsi Nəsibə Əsgərova nənəsiylə bağlı xatirələrini bölüşüb.
OLAY yazır ki, bu haqda N. Əsgərova “O üz” verilişinə danışıb:
“Çox nadir hallarda ağlayırdı. Nəsə xətrinə toxunanda, demirdi, içinə atırdı. Nəsibə xanım 36 yaşında ailə qurub və 38 yaşında ana olub. Aramızda yaş fərqi çox idi... 10 il xəstə oldu, yanında idim. 16-17 yaşından sonra onun yavaş-yavaş şam kimi əriyib getməsini gördüm. Mən dərk edəndə ki, kiminlə yaşayıram, artıq Nəsibə Zeynalova əriyirdi”.