Xalq artisti Brilliant Dadaşova oğlu Cahadla bağlı açıqlama verib.
OLAY yazır ki, bu haqda ifaçı “MTV maqazin” verilişinə müsahibəsində danışıb.
Sənətçi onu narahat edən məqamlara da toxunub:
“Biz oğlumun başına pərvanə kimi fırlanmışıq, yəqin ki, belə bir qız lazımdır. İndi qızlar da, oğlanlar da kaprizlidir. Mən oğlum evləndikdən sonra birlikdə yaşamaq istəyərdim, amma gənclər ayrı yaşasa, yaxşıdır… Oğlum gec evlənsin, yetər ki, ayrılıq olmasın, Allah göstərməsin. Düzgün, sədaqətli olmaq lazımdır. Sən də, yoldaşın da bir-birinizə inanmalısınız. İnam havadan yaranmır, sınaqlarla ortaya çıxır. Xəyanət varsa, o insanlar birlikdə yaşamamalıdır”.